SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|
Şənbə, 13 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 13 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik edib
Siyasət

Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik edib

11 fevral 2026
11:58
Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan verib.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/azerbaycan-prezidenti-mesud-pezeskiani-tebrik-edib
Paylaş:

Xəbər lenti

  •     Bakı metrosunun inkişafı məqsədilə 180 milyon dollarlıq maliyyə sazişi bağlanıb
    Bakı metrosunun inkişafı məqsədilə 180 milyon dollarlıq maliyyə sazişi bağlanıb
  •     Karapetyan parlament seçkilərinin nəticələri ilə bağlı mövqeyini açıqlayıb
    Karapetyan parlament seçkilərinin nəticələri ilə bağlı mövqeyini açıqlayıb
  •     Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
    Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
  •     İndoneziyada dəniz nəqliyyatı ilə bağlı qəza qeydə alınıb
    İndoneziyada dəniz nəqliyyatı ilə bağlı qəza qeydə alınıb
  •     İsrail Baş naziri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib
    İsrail Baş naziri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib