SON XƏBƏRLƏR
Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib
Siyasət

Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib

29 aprel 2026
14:57
Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib

29.04.2026-cı il tarixində Tailand Krallığının paytaxtı Banqkokda “Tailand və Mərkəzi Asiya: Dinamik Avrasiyada davamlı əlaqələrin və yeni tərəfdaşlıqların qurulması” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbirin əsas məqsədi Mərkəzi Asiya regionunun artan geosiyasi və iqtisadi əhəmiyyətinə dair elmi-analitik müzakirələrin təşviqi, mövcud bilik boşluqlarının aradan qaldırılması, habelə Tailandın bu regionla institusional və strateji tərəfdaşlıqlarının inkişafına töhfə verilməsidir.

 “Dəyişən Avrasiya kontekstində Tailand-Mərkəzi Asiya münasibətlərində diplomatik perspektivlər” mövzusunda keçirilən paneldə Azərbaycan Respublikasının Tailand Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Bəşirov çıxış edərək ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

“Siyasət üzrə dəyirmi masa: Geosiyasi rəqabətlərdən yeni dünya nizamı və yeni iqtisadi dəhlizlərə” adlı panel sessiyada isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev geniş təqdimatla çıxış edib. O, strateji dayanıqlığın təmin edilməsi üçün bağlantıların gücləndirilməsinin, nəqliyyat və iqtisadi marşrutların şaxələndirilməsinin, eləcə də əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

BMTM sədri bildirib ki, Mərkəzi Asiya Azərbaycan üçün təbii tərəfdaşdır:

“Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bu gün əməkdaşlığın əsas istiqamətini geoiqtisadi faktorlar-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində tərəfdaşlıq təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan artıq geosiyasi və geoiqtisadi baxımdan vahid məkanı formalaşdırır. Bu yanaşma yalnız siyasi konsepsiyanı deyil, həm də formalaşmaqda olan nəqliyyat-logistika və iqtisadi inteqrasiya reallıqlarını əks etdirir”.

F. Şəfiyev, həmçinin qeyd edib ki, mövcud beynəlxalq arxitekturada baş verən proseslərin təhlili C6 coğrafiyasının siyasi, iqtisadi və təhlükəsizlik konyunkturda strateji əhəmiyyətinin getdikcə artdığını göstərir. Onun sözlərinə görə, C6 mexanizminin institusional baxımdan təkmilləşdirilməsi zəruridir.

“Bu, C6 coğrafiyasının mümkün təhdidlər qarşısında dayanıqlığını artırmaqla yanaşı, qlobal təchizat zəncirlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinə də töhfə verə bilər”.

Diplomat, eyni zamanda Azərbaycanın Asiya institutları ilə yanaşı, ABŞ və Avropa ölkələri ilə də konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirdiyini bildirib. O qeyd edib ki, bu balanslı yanaşma həssaslıqların azaldılmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir.

 

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/banqkokda-c6-formatinin-artan-geosiyasi-ehemiyyeti-muzakire-edilib

Şəkil Qalereyası

Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib
Böyüt
Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib
Böyüt
Paylaş:

Xəbər lenti

  • Binədə mağazada güclü yanğın qeydə alınıb
    Binədə mağazada güclü yanğın qeydə alınıb
  • Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
    Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
  • Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
    Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
  • Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
    Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
  • Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib
    Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib