SON XƏBƏRLƏR
Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq| Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq| Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq| Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|
Bazar, 21 İyun 2026
The Daily Baku
The Daily Baku
Bazar, 21 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Dünya
  3. Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri IGB qaz kəmərinin operatorunun rəhbəri təyin olunub
Dünya

Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri IGB qaz kəmərinin operatorunun rəhbəri təyin olunub

10 fevral 2026
17:58
Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri IGB qaz kəmərinin operatorunun rəhbəri təyin olunub

Bolqarıstanın Azərbaycan və Türkmənistandakı keçmiş səfiri Maya Xristova Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB şirkətinin yeni icraçı direktoru təyin edilib.

"The Daily Baku" "Report" istinadən xəbər verir.

Qeyd olunub ki, əvvəlki rəhbər orqanların səlahiyyət müddəti başa çatdıqdan sonra şirkət Müşahidə Şurasını və İdarə Heyətini, o cümlədən iki icraçı direktoru əhatə edən korporativ idarəetmə sisteminin strukturlaşdırılmış yenilənmə prosesini tamamlayıb. İki səhmdar tərəfindən idarəetmə orqanları üzvlərinin namizədliyinin irəli sürülməsi və seçilməsi proseduru 2025-ci ilin noyabrında başlayıb.

"Proses həmçinin bütün namizədliklərin Yunanıstan və Bolqarıstanın milli enerji tənzimləyiciləri tərəfindən məcburi qaydada nəzərdən keçirilməsini və təsdiqlənməsini əhatə edib. Vəzifənin icrasına başlanılması Ticarət Reyestrində müvafiq dəyişikliklərin qeydə alındığı andan etibarən qüvvədə hesab edilir ki, bu da 2026-cı ilin əvvəlində baş verib", - məlumatda bildirilib.

M.Xristovadan başqa, icraçı direktor vəzifəsinə Pyerros Xatzigiannis təyin edilib. Hər iki rəhbərin səlahiyyət müddəti 4 ildir.

M.Xristova Azərbaycandakı diplomatik missiyasını 2017-ci ilin noyabrında başa vurub, 2018-ci ilin fevralından Bolqarıstanın Nyu-Yorkdakı Baş konsulu vəzifəsinə başlayıb. Bundan əlavə o, Bolqarıstanın energetika nazirinin müavini və Bolqarıstan Enerji Holdinqinin icraçı direktoru olub.

P.Xatzigiannis təbii qaz və enerji infrastrukturu sahəsində 25 ildən artıq texniki və idarəetmə təcrübəsinə malikdir. O, Yunanıstanın milli qaz nəqli sistemində rəhbər vəzifələrdə çalışaraq, həm ötürücü sistem operatorunda (TSO), həm də paylayıcı sistem operatorunda (DSO) fəaliyyət göstərib.

M.Xristova və P.Xatzigiannis 2020-2025-ci illərdə ICGB-nin icraçı direktorları vəzifəsini tutan Teodora Georgiyeva (Bolqarıstan tərəfdən) və Corc Satlası (Yunanıstan tərəfdən) əvəz ediblər.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın qaz nəqli sistemini (DESFA) və Komotini bölgəsindəki TAP-ı Stara Zaqora bölgəsində Bolqarıstan qaz nəqli sistemi ("Bulgartransgaz") ilə birləşdirir. Kəmərin uzunluğu 182 km, borunun diametri isə 813 mm-dir. IGB-nin layihə gücü ildə 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və texniki şərtlərdən asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/bolqaristanin-azerbaycandaki-kecmis-sefiri-igb-qaz-kemerinin-operatorunun-rehberi-teyin-olunub
Paylaş:

Xəbər lenti

  •     İran Prezidenti maliyyə məsələsində müsbət nəticə gözlədiklərini bildirib
    İran Prezidenti maliyyə məsələsində müsbət nəticə gözlədiklərini bildirib
  •     Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev İordaniya parlament nümayəndə heyətini qəbul edib
  •     İran rəsmiləri atəşkəs olmadan irəliləyiş gözləmədiklərini bildiriblər
    İran rəsmiləri atəşkəs olmadan irəliləyiş gözləmədiklərini bildiriblər
  •     Zelenski Rusiyaya qarşı təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb
    Zelenski Rusiyaya qarşı təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb
  •     Hörmüzdə gəmiçilik fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik davam edir
    Hörmüzdə gəmiçilik fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik davam edir