SON XƏBƏRLƏR
Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Deputat: Azərbaycan Ukraynaya çətin dövrlərdə dəstəyini davam etdirib
Siyasət

Deputat: Azərbaycan Ukraynaya çətin dövrlərdə dəstəyini davam etdirib

27 aprel 2026
17:29
Deputat: Azərbaycan Ukraynaya çətin dövrlərdə dəstəyini davam etdirib

Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət kimi müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edən bütün dost və tərəfdaş ölkələrlə bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan siyasətə sadiqliyini davam etdirir.

Bunu “The Daily Baku”-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

“Ukrayna  məhz belə dost dövlətlərdəndir və bu ölkə indiyədək Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq ölkəmizin haqlı mövqeyinə siyasi müstəvidə dəstək verib.  Azərbaycan–Ukrayna diplomatik münasibətləri 31 yanvar 1992-ci ildə qurulub və hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanıyıb. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də, Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də fəaliyyətə başlayıb. Həmin dövrdə dövlət başçıları arasında müxtəlif platformalarda təmaslar mövcud olsa da, Ümummilli Lider Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri 24–25 mart 1997-ci il tarixlərində baş tutmuşdu”.

Məzahir Əfəndiyev vurğulayıb ki, bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də strateji tərəfdaş ölkələrdir: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair imzalanan sənədlər münasibətlərin inkişafına ciddi təkan verib. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. 25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə münasibətlərinin yeni mərhələyə keçdiyini bir daha təsdiqləyib. Bu səfər çərçivəsində keçirilən görüşlər ölkələrimizin daha da yaxınlaşmasına, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə və dəyişən qlobal siyasi şəraitdə yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Səfər zamanı keçirilən həm ikitərəfli, həm də geniş tərkibli görüşlər yüksək səviyyəli münasibətlərin göstəricisidir"

Məzahir Əfəndiyev bildirib ki, Azərbaycan Ukraynaya çətin dövrlərdə dəstəyini davam etdirib: “Dörd ildən artıqdır müharibə şəraitində yaşayan Ukrayna xalqına humanitar yardımlar göstərilib. Xüsusilə qış aylarında enerji sahəsində dəstək verilib. Ukraynada müharibədən zərər çəkmiş uşaqların Azərbaycana gətirilərək reabilitasiya olunması istiqamətində layihələr də uğurla davam edir”.

O, parlamentlərarası əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. 2020-ci ildə Ukrayna Ali Radasında da analoji deputat qrupu yaradılıb. Bu platformalar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.

Sonda Məzahir Əfəndiyev qeyd edib ki, mövcud dinamika gələcək üçün də müsbət perspektivlər yaradır. Bu gün müşahidə etdiyimiz qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri və intensiv siyasi dialoq hər iki ölkə xalqlarının rifahı naminə böyük layihələrin davamlı şəkildə həyata keçirilməsinə geniş imkanlar açır”.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/deputat-azerbaycan-ukraynaya-cetin-dovrlerde-desteyini-davam-etdirib
Paylaş:

Xəbər lenti

  • Binədə mağazada güclü yanğın qeydə alınıb
    Binədə mağazada güclü yanğın qeydə alınıb
  • Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
    Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
  • Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
    Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
  • Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
    Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
  • Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib
    Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib