SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb|Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb|Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb|Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır|DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək|Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"|Tramp Paşinyanı öz dəstəyini xatırladaraq təbrik edib|Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib|Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər|Hərbi Dəniz Qüvvələri taktiki təlimlərə başlayıb|
Şənbə, 13 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 13 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. İsrailli politoloq: Azərbaycan Cənubi Qafqazda sabitliyi iqtisadi maraqlar üzərindən qurur
Siyasət

İsrailli politoloq: Azərbaycan Cənubi Qafqazda sabitliyi iqtisadi maraqlar üzərindən qurur

11 fevral 2026
13:30
İsrailli politoloq: Azərbaycan Cənubi Qafqazda sabitliyi iqtisadi maraqlar üzərindən qurur

Azərbaycanın eyni vaxtda ABŞ və İsraillə tərəfdaşlığını dərinləşdirməsi ölkənin regional mövqelərini açıq şəkildə gücləndirir və bu, indiki beynəlxalq reallıqlar fonunda tamamilə təbii prosesdir.

Bu fikirləri "The Daily Baku" - ya açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu siyasətin əsas üstünlüyü ondadır ki, bu xətt regionu qarşıdurma məkanına çevirmək yox, onu real iqtisadi və texnoloji əməkdaşlıq platforması kimi formalaşdırmaq məqsədi daşıyır.

"ABŞ və İsraillə paralel qurulan strateji əlaqələr Bakının Cənubi Qafqazda balanslaşdırıcı və birləşdirici rolunu daha da gücləndirir. ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası təkcə siyasi sənəd deyil, eyni zamanda texnologiya, iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı uzunmüddətli və institusional çərçivəyə salan mexanizmdir. Bu yanaşma münasibətləri cari siyasi gündəmdən çıxarıb strateji inkişaf müstəvisinə keçirir", o deyib.

Politoloq diqqətə çatdırır ki, Azərbaycan və İsrail arasında süni intellekt və yüksək texnologiyalar sahəsində qurulan əməkdaşlıq  məhz bu məntiqə əsaslanır: " Burada söhbət təkcə ayrı-ayrı layihələrdən yox, rəqəmsal infrastrukturun inkişafı, mütəxəssis hazırlığı, tətbiqi texnoloji həllər və innovasiya mühitinin formalaşdırılmasından gedir. Bu əməkdaşlıq real iqtisadi nəticələr yaradır və qarşılıqlı maraqları dərinləşdirir. Bu cür sistemli texnoloji və iqtisadi əməkdaşlıq yeni iş yerlərinin açılmasına, investisiyaların artmasına və tranzit imkanlarının genişlənməsinə şərait yaradır. Nəticədə regionda sabitliyin qorunmasında maraqlı olan tərəflərin sayı artır və sülh təkcə siyasi çağırış deyil, iqtisadi zərurətə çevrilir."

Yuri Boçarov hesab edir ki, Cənubi Qafqaz geniş tranzit və texnoloji arxitekturanın bir hissəsinə çevrildikcə, burada sabitliyin qiyməti yüksəlir. Çünki artıq söhbət təkcə siyasi mövqelərdən yox, uzunmüddətli investisiyalardan, texnologiyalardan və iqtisadi maraqlardan gedir. Bu da regionun davamlı inkişafına xidmət edən mühüm amildir.

Politoloqun fikrincə, Azərbaycanın regional statusunun yüksəlməsi təbii olaraq diqqəti artırır. Lakin əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bu prosesi kiməsə qarşı alətə çevirmir, əksinə, onu öz milli maraqları və uzunmüddətli inkişaf strategiyası çərçivəsində qurur. Məhz bu yanaşma Azərbaycanın siyasətini daha dayanıqlı edir.

Yuri Boçarov sonda vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü xətt milli maraqlara əsaslanan, uzaq perspektivi nəzərə alan siyasətdir. Xaricdən gələn müxtəlif reaksiyalar  istər dəstək, istərsə də narahatlıq  bu kontekstdə ikinci dərəcəli məsələdir. Politoloqun sözlərinə görə, “əgər layihənin arxasında real fayda, institusional mexanizm və siyasi iradə varsa, o yoluna davam edir”.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/israilli-politoloq-azerbaycan-cenubi-qafqazda-sabitliyi-iqtisadi-maraqlar-uzerinden-qurur
Paylaş:

Xəbər lenti

  •     Bakı metrosunun inkişafı məqsədilə 180 milyon dollarlıq maliyyə sazişi bağlanıb
    Bakı metrosunun inkişafı məqsədilə 180 milyon dollarlıq maliyyə sazişi bağlanıb
  •     Karapetyan parlament seçkilərinin nəticələri ilə bağlı mövqeyini açıqlayıb
    Karapetyan parlament seçkilərinin nəticələri ilə bağlı mövqeyini açıqlayıb
  •     Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
    Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
  •     İndoneziyada dəniz nəqliyyatı ilə bağlı qəza qeydə alınıb
    İndoneziyada dəniz nəqliyyatı ilə bağlı qəza qeydə alınıb
  •     İsrail Baş naziri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib
    İsrail Baş naziri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib