SON XƏBƏRLƏR
Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var| Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var|
Bazar, 21 İyun 2026
The Daily Baku
The Daily Baku
Bazar, 21 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Siyasət

Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

25 fevral 2026
12:01
Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/prezident-lenkeran-dovlet-pese-tehsil-merkezinin-acilisinda-istirak-edib
Paylaş:

Xəbər lenti

  •     ABŞ rəsmisi Vaşinqton və Tehran arasında müzakirələrin gündəliyinə aydınlıq gətirib
    ABŞ rəsmisi Vaşinqton və Tehran arasında müzakirələrin gündəliyinə aydınlıq gətirib
  •        Misirdə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub
    Misirdə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub
  •     İran rəsmiləri ABŞ ilə gərginliyin yenidən hərbi müstəviyə keçəcəyini gözləmirlər
    İran rəsmiləri ABŞ ilə gərginliyin yenidən hərbi müstəviyə keçəcəyini gözləmirlər
  •     Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi
    Tramp strateji boğaz üzərində Vaşinqtonun üstün rolunu müdafiə etdi
  •     Almaniya polisi miqrasiya sahəsində daha effektiv mexanizmlərə ehtiyac olduğunu vurğulayır
    Almaniya polisi miqrasiya sahəsində daha effektiv mexanizmlərə ehtiyac olduğunu vurğulayır