SON XƏBƏRLƏR
Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Siyasi şərhçi: Azərbaycanın Sülh Şurasında iştirakı qlobal təhlükəsizlik arxitekturasında yeni rol deməkdir
Siyasət

Siyasi şərhçi: Azərbaycanın Sülh Şurasında iştirakı qlobal təhlükəsizlik arxitekturasında yeni rol deməkdir

22 yanvar 2026
16:11
Siyasi şərhçi: Azərbaycanın Sülh Şurasında iştirakı qlobal təhlükəsizlik arxitekturasında yeni rol deməkdir

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə ilkin olaraq Qəzza münaqişəsində sülhün əldə olunması məqsədilə təsis edilsə də, bu qurumun beynəlxalq təşkilat kimi fəaliyyət göstərəcəyi və gələcəkdə yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında rol oynayacağı gözlənilir. Bu baxımdan ABŞ-ın Sülh Şurasında Azərbaycanın təmsil olunmasında maraqlı olması heç də təsadüfi deyil.

Bu fikirləri "The Daily Baku" - ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, bəzi dövlətlər Şuraya daha çox təmsilçilik sayı naminə cəlb olunsa da, Azərbaycan tamamilə fərqli statusda dəvət edilib:
“Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Sülh Şurasına sırf formal iştirak üçün deyil, qurumun fəaliyyətinin effektivliyini təmin etmək və qlobal təhlükəsizliyin gücləndirilməsinə real töhfə vermək məqsədilə dəvət olunub. Bu, Azərbaycanın regional deyil, artıq qlobal aktor kimi qəbul edildiyini göstərir”.

Asif Nərimanlı qeyd edib ki, Şuranın cari mərhələdə əsas diqqət ayıracağı Qəzza məsələsində Azərbaycan mühüm birləşdirici missiya yerinə yetirə bilər: “Azərbaycan Qəzza münaqişəsinin birbaşa tərəfləri olan İsrail və Fələstinlə, eyni zamanda prosesdə aktiv rol oynayan Türkiyə və ərəb ölkələri ilə yüksək səviyyəli münasibətlərə malikdir. Bu amil Azərbaycana  bütün tərəfləri vahid mövqedə birləşdirmək və Donald Trampın Qəzza üzrə sülh planının reallaşmasına töhfə vermək imkanı yaradır”.

Şərhçinin fikrincə, bu missiya Azərbaycanın Yaxın Şərq siyasətində də yeni imkanlar açacaq: “Xüsusilə region ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından Azərbaycan üçün yeni perspektivlər formalaşır. Azərbaycan təkcə vasitəçi deyil, etibarlı dialoq platforması kimi çıxış edə bilər”.

Asif Nərimanlı vurğulayıb ki, Azərbaycanın həm Cənubi Qafqazda sülhün əldə olunması, həm də qlobal həmrəyliyin təşviqi sahəsində formalaşdırdığı təcrübə beynəlxalq təhlükəsizliyin təmin edilməsində xüsusi əhəmiyyət daşıyır: “2020-ci ildə qlobal pandemiya böhranı zamanı bir çox böyük dövlətlər proseslərdən kənara çəkilsə də, Azərbaycan beynəlxalq həmrəyliyin təmin edilməsi üçün mühüm təşəbbüslərlə çıxış etdi və buna nail oldu. Avropa və Asiya ölkələrinin pandemiyaya qarşı mübarizədə ortaq mövqedən çıxış etməsi, vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı BMT tərəfindən dəstəklənən təşəbbüslər buna nümunədir”.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh dövrünü inşa edən dövlət kimi geosiyasi maraqlar uğrunda aparılan rəqabətdə də hər zaman birləşdirici mövqe nümayiş etdirib: “Bakı dialoq məkanı rolunu oynayıb, qarşıdurma deyil, əməkdaşlıq platforması yaradıb. Bu yanaşma Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasının qurulmasına real töhfə verə biləcəyini göstərir”.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan Sülh Şurası çərçivəsində qlobal miqyaslı yeni təşəbbüslərlə də çıxış edə bilər: “Məsələn, dinlərarası dialoqun inkişafı, multikulturalizmin təşviqi kimi qlobal təhlükəsizlik üçün vacib olan məsələlər Azərbaycanın üzərinə götürə biləcəyi istiqamətlərdir. Bu, həm Azərbaycanın  Sülh Şurasının intellektual və siyasi mərkəzlərindən birinə çevirə, həm də Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirə bilər”.

Asif Nərimanlı sonda bildirib ki, Azərbaycanın Sülh Şurasında aparıcı rolu artıq formalaşmaqda olan yeni dünya nizamında ölkəmizin məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/siyasi-serhci-azerbaycanin-sulh-surasinda-istiraki-qlobal-tehlukesizlik-arxitekturasinda-yeni-rol-demekdir
Paylaş:

Xəbər lenti

  • Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
    Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb