Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8 % çoxdur.
"Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-qazinin-2026-ci-il-uzre-budce-qiymeti-aciqlanib
