SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan regional çərçivədən çıxaraq qlobal güc mərkəzinə çevrilir
Siyasət

Azərbaycan regional çərçivədən çıxaraq qlobal güc mərkəzinə çevrilir

12 yanvar 2026
16:25
Azərbaycan regional çərçivədən çıxaraq qlobal güc mərkəzinə çevrilir

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın artıq yalnız regional aktor olmadığını, qlobal proseslərə birbaşa təsir göstərən mühüm güc mərkəzinə çevrildiyini açıq şəkildə ortaya qoyur.

Bunu The Daily Baku-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, dövlət başçısının müsahibəsində səsləndirilən fikirlər post-münaqişə dövründə formalaşan yeni geosiyasi reallıqları diktə etmək gücünə malik Bakının suveren iradəsinin bariz təzahürüdür: “Prezident İlham Əliyevin çıxışı Azərbaycanın artıq regional miqyasdan çıxaraq qlobal proseslərə birbaşa təsir göstərən mühüm güc mərkəzinə çevrildiyini bəyan edən strateji yol xəritəsidir. Bu müsahibə Bakının post-münaqişə dövründə yeni geosiyasi arxitekturanı formalaşdırmaq qabiliyyətini açıq şəkildə nümayiş etdirir.”

Tural İsmayılov vurğulayıb ki, bu yeni strateji arxitekturanın ən fundamental və sarsılmaz sütunu Azərbaycan–Türkiyə müttəfiqliyidir: “Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan–Türkiyə müttəfiqliyi artıq təkcə iki dövlətin qardaşlığı deyil. Bu tandem bütövlükdə Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və iqtisadi tərəqqinin əsas oxuna çevrilib. Prezidentin müsahibəsində Türk dünyası ilə bağlı vurğuladığı hərbi-təhlükəsizlik koordinasiyası məhz bu sarsılmaz tandemin üzərində qurulan geniş bir təhlükəsizlik qalxanının formalaşmasına xidmət edir.”

Ekspertin fikrincə, Bakı və Ankara arasındakı hərbi-siyasi vəhdət Türk Dövlətləri Təşkilatının iqtisadi və logistik layihələri üçün strateji sipər rolunu oynayır: “Xüsusilə Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələr Azərbaycan–Türkiyə hərbi-siyasi vəhdəti sayəsində xarici təhdidlərdən qorunur. Bu yanaşma beynəlxalq auditoriyaya aydın mesaj verir: Türkiyə ilə Azərbaycanın qardaşlığı regionda güc boşluğuna yer qoymur, kənar müdaxilələri neytrallaşdırır və qlobal siyasətdə yeni güc qütbünün formalaşdığını nümayiş etdirir.”

Zəngəzur dəhlizi məsələsinə toxunan politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu mövzuda nümayiş etdirdiyi qətiyyət Azərbaycanın qlobal logistik zəncirdəki əvəzedilməz mövqeyini bir daha təsdiqləyir: “Zəngəzur dəhlizi sadəcə regional keçid deyil, Şərqlə Qərb arasında kəsilməz iqtisadi arteriya və qlobal ticarət yollarının onurğa sütunudur. Prezidentin bu məsələdəki mövqeyi göstərir ki, Azərbaycan regionun gələcəyini dizayn edən, inklüziv əməkdaşlıq modelləri təklif edən və öz strateji şərtlərini beynəlxalq müstəvidə qəbul etdirən dominant gücdür.”

Tural İsmayılov Azərbaycanın “qlobal birləşdirici” rolunun getdikcə gücləndiyini də vurğulayıb: “Azərbaycan həm Şərq, həm də Qərb üçün etibarlı və əvəzedilməz tərəfdaşa çevrilir. Bu status ölkəmizin qlobal logistik və enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir.”

Ekspert ABŞ–Azərbaycan münasibətlərinə dair səsləndirilən mesajların da xüsusi əhəmiyyət daşıdığını bildirib:“Prezidentin ABŞ-la bağlı mesajları ikitərəfli münasibətlərin artıq bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqlar və suverenliyə hörmət əsasında inkişaf etdiriləcəyini göstərir. Bu, Vaşinqtona və digər qlobal paytaxtlara yönəlmiş açıq siqnaldır: Azərbaycan öz milli maraqlarını heç bir geosiyasi təzyiqə qurban verməyən müstəqil gücdür.”

Sonda Tural İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt Azərbaycanın yaxın onilliklərdəki geosiyasi profilini formalaşdıracaq:
“Bu siyasət Azərbaycana regional aktorlarla balanslaşdırılmış münasibətləri qorumaqla yanaşı, Qərblə əlaqələri daha praqmatik və təhlükəsizlik yönümlü müstəvidə inkişaf etdirmək imkanı verir. Hərbi qüdrətə, iqtisadi cazibəyə və Türkiyə ilə sarsılmaz müttəfiqliyə söykənən bu yeni güc modeli Azərbaycanı Avrasiyanın yeni geosiyasi nizamında əsas iradə mərkəzlərindən birinə çevirir. Yaxın illərdə Bakının qlobal qərarların qəbulu prosesindəki çəkisi daha da artacaq.”

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/azerbaycan-regional-cerciveden-cixaraq-qlobal-guc-merkezine-cevrilir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub