Azərbaycan və Ukrayna dəniz sənayesi üzrə əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrinin həyata keçirilməsini müzakirə edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilovla görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, tərəflər Ukrayna ilə Azərbaycan arasında dəniz nəqliyyatı, logistika və gəmiqayırma sahələrində əməkdaşlığının genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.
"Orta Dəhlizin genişləndirilməsi çərçivəsində əməkdaşlıq, Xəzər dənizində və Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqəsi, həmçinin birgə infrastruktur və gəmiqayırma layihələrinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib", - o qeyd edib.
Ukrayna səfiri həmçinin ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə, eləcə də davam edən münaqişə şəraitində göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.