The Daily Baku
Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb
16 iyun 2026
10:16

Bu gün Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmən başlayıb.
Bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün biz onun daxil olması ilə bağlı danışıqlara başlayaraq Ukraynanın Aİ tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq.
Bu (Rusiya-Ukrayna - red.) müharibəyə son qoymağa kömək etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün G7-nin ("Böyük yeddilik") vahid və qətiyyətli mövqeyi zəruridir", - paylaşımda bildirilir.
Qeyd edək ki, Fransanın Evian şəhərində G7 sammiti keçirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kosta-bu-gun-ukraynanin-ai-ye-daxil-olmasi-uzre-danisiqlar-baslayib