SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Diqqət! Ustanız sizə bunları deməyə bilər - Ev təmiri zamanı hansı materiallar sağlamlığa zərərlidir?
Cəmiyyət

Diqqət! Ustanız sizə bunları deməyə bilər - Ev təmiri zamanı hansı materiallar sağlamlığa zərərlidir?

2 fevral 2026
12:16
Diqqət! Ustanız sizə bunları deməyə bilər - Ev təmiri zamanı hansı materiallar sağlamlığa zərərlidir?

“Evin havası niyə görəsə həmişə ağır olur”, “Yuxudan baş ağrısı ilə oyanıram”, “Hamı yatanda dincəlir mən isə yorğun oyanıram” və s kimi ifadələrdən hansısa tanış gəldisə bu ev təmirində istifadə etdiyiniz və otaqda yerləşən mebellərin materiallarından ola bilər. Ev təmiri həyatımızda müsbət hadisə olaraq yadda qalır və çox vaxt estetik seçim kimi görünür: divarın rəngi, döşəmənin tonu, mebelin forması və s. Amma təmirin bir də “görünməyən” tərəfi var - istifadə olunan materialların havaya buraxdığı kimyəvi maddələr. Bu maddələr bəzən aylarla, hətta illərlə evin içində qalır və tənəffüs yolu ilə orqanizmə daxil olur. Nəticədə insan orqanizmi üçün təhlükə yaradır. Bəs hansı materiallar sağlamlıq üçün zərərli, hansılar zərərsizdir. The Daily Baku bu istiqamətdə araşdırma aparıb.

Qapalı məkanlarda uçucu üzvi birləşmələrin qalma səviyyəsi açıq havadan daha yüksəkdir. Yeni təmirdən sonra hiss olunan “təzə ev qoxusu” əslində çox vaxt boya, lak, yapışdırıcı və sintetik səthlərdən ayrılan bu maddələrin qarışığıdır. Baş ağrısı, halsızlıq, allergiya, göz və boğaz qıcıqlanması kimi şikayətlərin səbəbi bəzən məhz bu olur.

Hansı materiallar risklidir?

Təmirdə və mebeldə ən çox istifadə olunan MDF, DSP (sunta) kimi preslənmiş ağac məhsulları formaldehid əsaslı qatranlarla hazırlanır. Yeni mebelin kəskin qoxusu çox vaxt bu maddənin buxarlanması ilə bağlıdır.

PVC və vinil əsaslı döşəmələr praktik və münasib qiymətə olsa da, ftalatlar və digər kimyəvi birləşmələr buraxa bilir. Xüsusilə uşaq otaqlarında bu tip materiallar istifadə edərkən iki dəfə düşünülməlidir.

Yağlı (solvent tərkibli) boyalar, laklar və güclü yapışdırıcılar yüksək VOC mənbəyidir. Laminat döşəmələrin alt qatında istifadə olunan yapışqanlar və ucuz sintetik xalçalar allergen yükünü artırır və evin havasını ağırlaşdırır.

Köhnə binalarda təmir zamanı üzə çıxan qurğuşunlu boya və asbest isə daha ciddi risk hesab olunur.

Hansı seçimlər daha təhlükəsizdir?

Ağacdan hazırlanmış mebel və parket hava keyfiyyətini pozmur. Su əsaslı işarəsi olan boyalar həm qoxusuzdur, həm də daha təhlükəsiz sayılır.

Döşəmə üçün mantar (kork), masif parket və keyfiyyətli təbii materiallar vinil alternativlərdən daha sağlam seçimdir. Divarlar üçün əhəng əsaslı suvaqlar isə nəfəsalan səth yaradır və rütubəti tənzimləyir.

O cümlədən təbii parça pərdələr, yun və pambıq xalçalar sintetik materiallardan daha az allergik reaksiya yaradır və evdəki havanın keyfiyyətinə müsbət təsir göstərir.

Təmir prosesi də önəm daşıyır. 

Ən zərərsiz material belə düzgün tətbiq olunmayanda risk artır. Təmirdən dərhal sonra qapalı məkanda yaşamaq düzgün deyil. Güclü havalandırma vacibdir.

Ən böyük səhvlərdən biri də “bahalıdırsa, təhlükəsizdir” düşüncəsidir. Bəzi “premium” materiallar yüksək kimyəvi tərkibə malik ola bilir. Eyni zamanda “ekoloji olaraq təmizdir” yazısı da həmişə zəmanət deyil.

Bəs nə etməli? 

Ev təmirində risk yalnız materialdan qaynaqlanmır. Risk çox vaxt tələskənlikdən və prosesi düzgün planlamamaqdan yaranır.

Material alarkən ilk baxılmalı olan rəngi və görünüşü deyil, etiketidir. Boya seçərkən “water-based”, “low VOC” və ya “zero VOC” işarəsi olan məhsullara üstünlük verilməlidir. Mebel və şkaf sifarişində MDF/DSP qaçılmazdırsa, ən azı aşağı formaldehid emissiyalı (məsələn, E0/E1 standartlı) material tələb etmək lazımdır.

Masif ağac, mantar (kork), bambuk, təbii parça kimi alternativlər uzunmüddətlilik baxımdan həm sağlam, həm də dayanıqlıdır. 

Ustaya verilməli olan suallar

Təmir zamanı ustaya adətən “neçə aya bitir?” sualı verilir. Lakin bu suallar da zəruridir: hansı yapışdırıcıdan istifadə olunacaq, boya hansı tərkibdədir və s.

Xüsusilə laminat, mətbəx mebeli və divar panellərində istifadə edilən yapışdırıcıların tərkibi soruşulmalıdır.

Təmirdən sonra ən vacib mərhələ havalandırmadır. 

Ən çox edilən səhvlərdən biri təmir bitən kimi dərhal evə köçməkdir. Halbuki ilk günlərdə materiallardan ayrılan maddələrin səviyyəsi daha yüksək olur. Pəncərələri günlərlə açıq saxlamaq, hava axını yaratmaq, mümkünsə bir müddət evdə yaşamamaq ən doğru addımdır.

Uşaq otağı və yataq otaqlarına xüsusi diqqət. 

Bəzən yuxudan baş ağrıları və ya yorğun oyanmağın səbəbi bu otaqlarda sintetik xalça, vinil döşəmə, güclü qoxulu mebeldən ola bilir. Uşaqlar döşəmədə daha çox vaxt keçirdikləri üçün risk daha yüksəkdir. Təbii materiallar burada xüsusilə önəmlidir.

Parlaq, plastik, kəskin qoxulu, “sürətli həll” təqdim edən materiallar adətən daha çox kimyəvi tərkibə malik olur. Daha sadə, təbii, nəfəsalan materiallar isə evin havasını yormur.

The Daily Baku redaksiyası

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/diqqet-ustaniz-size-bunlari-demeye-biler-ev-temiri-zamani-hansi-materiallar-saglamliga-zererlidir-1
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub