Ukrayna iyunun 23-nə keçən gecədən etibarən ilhaq edilmiş Krıma kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.
"The Daily Baku" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, zərbə Kerçdəki Arşintsevo rayonunda yerləşən İES-ə endirilib.
Məlumata görə, Kerçdəki İES-də güclü yanğın baş verib, yarımadanın yarısı işıqsız qalıb.
Həmçinin peyk məlumatlarına əsasən, təxminən 47 kilometr uzunluğunda tüstü zolağı qeydə alınıb.
Krım "hakimiyyəti" "elektrik şəbəkələrindəki texnoloji pozuntular" səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib. Elektrik təchizatının sutka ərzində bərpa olunacağı vəd edilir.
Eyni zamanda, Ukrayna dronlarının zərbələri Sovetski rayonundakı "Nasosnaya-2" yarımstansiyasında yanğına səbəb olub. Daha sonra yarımada sakinləri "TES-Terminal" neft məhsullarının saxlanılması kompleksinə zərbə endirildiyini bildiriblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
