Litvada İnqa Ruqinenenin hökuməti koalisiyanın yenidən təşkili ilə əlaqədar istefa verdiyini elan edib.
"The Daily Baku" LRT portalına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.
"Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz şeylər var – bunlar dövlətin və onun insanlarının rifahı naminə görülən işlərdir. Bu gün istefa qərarını qəbul edirik", - o bildirib.
Daha əvvəl Ruqinenenin nümayəndəsi İqnas Dobrovolskas bildirmişdi ki, iyunun 24-dən 21-ci hökumətin formalaşmasına və səlahiyyətləri əldə etməsinə qədər Nazirlər Kabinetinin gündəlik işini müvəqqəti hökumət həyata keçirəcək.
Daha sonra ölkə Prezidenti Gitanas Nauseda baş nazirin namizədliyini rəsmi qaydada müəyyən etməli və onu Seymə təqdim etməlidir, bundan sonra parlament bir həftə ərzində onun təsdiqlənməsinin lehinə səs verməlidir. Daha sonra təyin olunmuş baş nazirin 15 gün ərzində Seymə təqdim etməli olduğu hökumətin tərkibi və hökumət proqramını səs çoxluğu ilə təsdiqlənməlidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
