SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Təhsil
  3. Politoloq: ABŞ–İran qarşıdurmasının hərbi fazaya keçməsi regionda risklərlə yanaşı yeni geosiyasi reallıqlar yarada bilər
Təhsil

Politoloq: ABŞ–İran qarşıdurmasının hərbi fazaya keçməsi regionda risklərlə yanaşı yeni geosiyasi reallıqlar yarada bilər

29 yanvar 2026
16:57
Politoloq: ABŞ–İran qarşıdurmasının hərbi fazaya keçməsi regionda risklərlə yanaşı yeni geosiyasi reallıqlar yarada bilər

ABŞ ilə İran arasında artan gərginliyin birbaşa hərbi qarşıdurmaya çevrilməsi ehtimalı Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıda və genişmiqyaslı dəyişikliklərə səbəb ola bilər.

Bu barədə "The Daily Baku" - ya açıqlamasında politoloq Elnur Ənvəroğlu bildirib.

Onun sözlərinə görə, əgər qarşıdurma hava zərbələri, dəniz blokadası və ya proksi qüvvələrin daha geniş şəkildə prosesə cəlb olunması ilə müşayiət olunan hərbi fazaya keçərsə, regionda üç əsas dəyişiklik qaçılmaz görünür.

Politoloq ilk növbədə asimmetrik müharibə risklərinin artacağını qeyd edib: “Yaxın Şərq üçün asimmetrik müharibə praktikası yeni deyil. İran birbaşa klassik müharibədən daha çox Hörmüz boğazında təzyiqi artırmaq, Körfəz ölkələrinə qarşı proksi zərbələrini genişləndirmək, İsrailə qarşı Hizbullah və digər şəbəkələri aktivləşdirmək, eyni zamanda kiber və enerji infrastrukturlarına hücumları intensivləşdirmək kimi alətlərdən istifadə edə bilər. Bu isə təhlükəsizlik risklərinin coğrafiyasını genişləndirərək paralel şəkildə yeni gərginlik ocaqları yarada bilər”.

Elnur Ənvəroğlu ikinci mühüm tendensiyanın ABŞ-ın regiondakı hərbi varlığının artması ola biləcəyini vurğulayıb: “ABŞ hərbi aktivliyinin yüksəlməsi risklərin faktiki olaraq ixrac edilməsinə gətirib çıxara bilər. İranla bağlı tranzit marşrutları, enerji infrastrukturları, eləcə də Tehranla sərhədi olan və ya onunla iqtisadi əlaqələr saxlayan ölkələr potensial risk zonasına çevrilə bilər”.

Ekspert üçüncü ssenari kimi böyük güclərin dolayı qarşıdurmasını istisna etməyib: “Rusiya və Çin birbaşa müharibəyə qoşulmaya bilərlər, lakin onların ABŞ-ın manevr imkanlarını daraltmağa çalışacağı gözləniləndir. Paralel olaraq alternativ enerji və ticarət marşrutlarının gücləndirilməsi istiqamətində addımların sürətlənməsi mümkündür ki, bu da qlobal geoiqtisadi balanslara təsir göstərə bilər”.

Politoloq baş verə biləcək proseslərin Azərbaycan üçün mümkün nəticələrinə də toxunub. Onun fikrincə, müəyyən risklər qaçılmazdır: “Belə bir ssenaridə qlobal enerji bazarlarında volatillik arta, sığorta və logistika xərcləri yüksələ, regional gərginlik isə investisiya risklərini artıraraq iqtisadi planlamanı çətinləşdirə bilər”.

Bununla yanaşı, Ənvəroğlu bəzi potensial üstünlüklərin də yarana biləcəyini qeyd edib, lakin Azərbaycanın belə bir gərginliyin baş verməsini arzulamadığını xüsusi vurğulayıb: “Avropa üçün Rusiya və Yaxın Şərqdən kənarda yerləşən sabit enerji mənbələrinin əhəmiyyəti arta bilər. Bu kontekstdə Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi gündəliyi daha strateji xarakter alar və Azərbaycanın ‘enerji təhlükəsizliyi tərəfdaşı’ statusunu gücləndirə bilər. Bununla belə, Azərbaycan regionda sabitliyin qorunmasının tərəfdarıdır və belə bir geosiyasi eskalasiyanı arzu edən tərəf deyil”.

Ekspert Türkiyənin ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammit təşəbbüsünün reallıq ehtimalını da dəyərləndirib. Onun sözlərinə görə, Türkiyənin regiondakı rolu bu məsələdə əsas müəyyənedici amildir: “Türkiyə NATO üzvüdür, eyni zamanda İranla açıq diplomatik kanallara malikdir. ABŞ-la müəyyən fikir ayrılıqları – məsələn, YPG/PYD məsələsi – mövcud olsa da, tərəflər arasında funksional münasibətlər qorunur. Ən vacibi isə rəsmi Ankara regionda sərt güc və diplomatiya kombinasiyasına malik nadir aktorlardandır”.

Politoloq hesab edir ki, Türkiyə qlobal güclərə birbaşa təsir imkanlarına malik olmasa da, böhranın idarə olunmasına mühüm töhfə verə bilər: “Rusiya, Çin və ya Avropa İttifaqı kimi nəhəng aktorların qərarlarına birbaşa təsir etmək çətin olsa da, Ankara vasitəçilik mexanizmləri ilə gərginliyin idarə olunmasına və dialoq platformalarının formalaşdırılmasına real töhfə verə bilər. Bu baxımdan üçtərəfli sammit təşəbbüsü düzgün diplomatik konfiqurasiya qurularsa, müəyyən nəticələr doğura bilər”.

Politoloqun qənaətinə görə, mövcud şəraitdə əsas prioritet regionda balansın qorunması və hərbi eskalasiyanın qarşısının alınmasıdır. “Çünki genişmiqyaslı qarşıdurma yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə Avrasiya təhlükəsizlik mühiti üçün uzunmüddətli və çətin idarə olunan nəticələr yarada bilər”, – deyə Elnur Ənvəroğlu əlavə edib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/politoloq-absiran-qarsidurmasinin-herbi-fazaya-kecmesi-regionda-risklerle-yanasi-yeni-geosiyasi-realliqlar-yarada-biler
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub