SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. “Şahdəniz”dən Avropaya uzanan xətt: Azərbaycan qazının enerji təhlükəsizliyində artan rolu
Gündəm

“Şahdəniz”dən Avropaya uzanan xətt: Azərbaycan qazının enerji təhlükəsizliyində artan rolu

5 yanvar 2026
16:58
“Şahdəniz”dən Avropaya uzanan xətt: Azərbaycan qazının enerji təhlükəsizliyində artan rolu
Azərbaycanın Avropa qaz bazarına çıxışı ölkənin enerji sektorunda keyfiyyətcə yeni mərhələ yaradır.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “The Daily Baku”ya açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Avropa bazarlarına çıxış ilk növbədə Azərbaycanın qaz hasilatının sürətlə artmasına real imkanlar açıb. Rəsmi statistik göstəricilər bu dinamikanı aydın şəkildə əks etdirir. Belə ki, “Şahdəniz-2” layihəsinin istismara verilməsindən əvvəl, 2017-ci ildə 28,6 milyard kubmetr olan qaz hasilatı 2021-ci ildə 43,9 milyard kubmetrə, 2024-cü ildə isə 50,4 milyard kubmetrə yüksəlib. Eyni dövrdə qaz ixracı da əhəmiyyətli dərəcədə artaraq 8,5 milyard kubmetrdən 25,3 milyard kubmetrə çatıb.

İlham Şaban qeyd edib ki, Avropa bazarının yüksək likvidliyi və əlverişli qiymət mühiti “Şahdəniz-2” kimi böyük həcmli investisiya tələb edən layihələrin iqtisadi səmərəliliyini ciddi şəkildə artırıb. Bu amil Xəzər dənizinin dərin sulu hissələrində yerləşən mürəkkəb geoloji quruluşa malik enerji ehtiyatlarının işlənməsi üçün də əlverişli şərait yaradıb.

“Son beş ildə Azərbaycan qazının Avropa bazarında ilbəil artması 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun real icrasının bariz göstəricisidir. Bu sənəd rəsmi Bakının və onun tərəfdaşlarının üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə ciddi yanaşdığını təsdiqləyir.”

Onun sözlərinə görə, əldə olunan nəticələr Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən enerji siyasətinin, eyni zamanda layihə iştirakçılarının koordinasiyalı və ardıcıl fəaliyyətinin məntiqi nəticəsidir. “Şahdəniz” kimi geoloji baxımdan mürəkkəb dəniz yatağından hasil edilən qaz həm regionda enerji sabitliyinin möhkəmləndirilməsinə, həm də beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.

İlham Şaban bildirib ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın ən cəlbedici bazarlarına çıxışı ölkəmizi Avropanın enerji təhlükəsizliyinin ayrılmaz elementinə çevirib. Onun fikrincə, “Şahdəniz” layihəsi, xüsusilə də ikinci mərhələsi sadəcə böyük həcmli hasilat təşəbbüsü deyil, eyni zamanda Azərbaycanın geoiqtisadi mövqeyini köklü şəkildə dəyişən strateji layihələrdən biridir.

Ekspert əlavə edib ki, nəticə etibarilə Azərbaycan həm regional enerji layihələrinin təşəbbüskarı, həm də Avropa enerji təhlükəsizliyinə real töhfə verən etibarlı strateji tərəfdaş statusu qazanıb. Uzunmüddətli ixrac və nəql sistemlərinin qurulması, tranzit ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də gələcəkdə boru kəmərlərinin genişləndirilməsi üçün möhkəm platformanın yaradılması Azərbaycanın qaz ixracının dayanıqlılığını təmin edib və “böyük qaz erası”nı real iqtisadi aktivə çevirib.

Sonda İlham Şaban vurğulayıb ki, bu nailiyyətlər təkcə enerji strategiyasının uğuru deyil, həm də Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilən strateji konsepsiyanın ardıcıl və uğurlu icrasının göstəricisidir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/sahdenizden-avropaya-uzanan-xett-azerbaycan-qazinin-enerji-tehlukesizliyinde-artan-rolu
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub