SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Biznes
  3. SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Biznes

SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib

30 dekabr 2025
16:03
SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.


"Report" xəbər verir ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olan "SOCAR Petroleum SA" bu ölkənin Salaj, Suceava və Satu-Mare regionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.


"SOCAR Petroleum SA"nın Baş direktoru Ramin Əliyev bildirib ki, SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərək bu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir.


"2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il olub. Biz Rumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDM açmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq. 2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var.


Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha da gücləndirməkdir."- deyə Baş direktor R. Əliyev bildirib.


Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi bu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.


Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda 3, Satu-Mare regionunda isə 2 yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da "SOCAR" brendli 91 YDM-ə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2024-cü ildə 3,6 milyard lei (təqribən 707 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 33% çoxdur. Hazırda Şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/socar-ruminiyada-3-yeni-yanacaqdoldurma-menteqesini-istifadeye-verib
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub