The Daily Baku
Starmer beynəlxalq sularda məsuliyyətli davranışın vacibliyini vurğulayıb
17 iyun 2026
15:17

Böyük Britaniyanın Baş naziri Kir Starmer La-Manş bölgəsində Britaniya bayrağı altında üzən mülki yaxtanın yaxınlığında xəbərdarlıq atəşi açan Rusiya freqatının hərəkətlərini düşüncəsiz addım adlandırıb.
"The Daily Baku" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Fransadakı G7 sammiti çərçivəsində bildirib.
"La-Manşda baş verənlər dərin narahatlıq doğurur. Belə bir hal baş verməməli idi. Bu, düşüncəsizlikdir və yaxtadakı cütlük, yəqin ki, dəhşət içində olub", - Britaniyanın Baş naziri vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/starmer-beynelxalq-sularda-mesuliyyetli-davranisin-vacibliyini-vurgulayib