SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. “Təbii görünüş” geri qayıdır: cəmiyyəti yoran estetik əməliyyatlar gündəmdən çıxmağa başlayır?
Cəmiyyət

“Təbii görünüş” geri qayıdır: cəmiyyəti yoran estetik əməliyyatlar gündəmdən çıxmağa başlayır?

15 yanvar 2026
14:07
“Təbii görünüş” geri qayıdır: cəmiyyəti yoran estetik əməliyyatlar gündəmdən çıxmağa başlayır?

Bir neçə il əvvəl estetik əməliyyatlar və kosmetoloji müdaxilələr sosial mediada gözəlliyin önəmli ölçüsü kimi təqdim olunurdu. Eyni burun forması, eyni dodaq həcmi, eyni üz konturları bir müddət “ideal” sayıldı. Lakin son illər bu yanaşmaya münasibət xeyli dəyişməyə başlayıb. Cəmiyyətdə estetik müdaxilələrin yaratdığı vizual və psixoloji yorğunluq hiss olunur, daha təbii görünüşə maraq artır və “hər kəsin bir-birinə bənzəməsi” tənqid mövzusuna çevrilir.

Qlobal statistikalar göstərir ki, estetik bazar hələ də böyükdür, lakin artım tempi əvvəlki illərlə müqayisədə zəifləyib. Beynəlxalq Plastik Estetik Cərrahiyyə Cəmiyyətinin məlumatına görə, 2024-cü ildə dünyada təxminən 38 milyon estetik prosedur icra olunub. Bunun 17 milyondan çoxu cərrahi, 20 milyondan çoxu isə qeyri-cərrahi müdaxilələrdir. Maraqlı məqam ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə ümumi prosedur sayında azalma müşahidə olunub. Bu azalma bazarın kiçildiyini yox, daha çox insanların seçimində ehtiyatlı davranmağa başladığını göstərir.

Dünyada estetik əməliyyatların “yorucu” qəbul edilməsinin əsas səbəblərindən biri sosial mediada formalaşmış süni gözəllik modelidir. Filtrlər və eyni tip üz cizgiləri real həyatda da təkrarlanmağa başlayanda bu, estetik yox, standartlaşma effekti yaradır. İnsanlar bir müddət sonra öz fərqliliyini itirdiyini hiss edir və bu da estetik prosedurlara qarşı narazılıq doğurur. Son illər məşhurlar arasında dolğuların əridilməsi, əvvəlki müdaxilələrin ləğvi və daha təbii görünüşə dönüş bu tendensiyanı gücləndirib.

Digər mühüm faktor risklərin daha açıq müzakirə olunmasıdır. Əvvəllər estetik əməliyyatlar “asan və təhlükəsiz” kimi təqdim edilirdisə, indi həm fiziki, həm də psixoloji fəsadlar daha çox gündəmə gəlir. Anesteziya riski, infeksiya, simmetriya problemləri, təkrar əməliyyat ehtiyacı və uzun bərpa dövrü artıq gizlədilən mövzular deyil. Xüsusilə dolğu və inyeksiya prosedurları düzgün icra olunmadıqda damar tıxanıqlığı, toxuma zədələnməsi və qalıcı izlər, hətta həyati risk kimi ağır nəticələrə səbəb ola bilir. 

Psixoloji tərəf isə çox vaxt fiziki risklərdən daha təhlükəlidir. Estetik əməliyyat bəzi hallarda insanın özgüvənini artıra bilər, lakin bu özgüvən xarici görünüşdən asılı hala gələndə problem yaranır. Həddindən artıq estetik müdaxilələr bədəndə dismorfik pozuntulara - yəni insanın real olmayan “qüsurları” böyüdərək görməsinə səbəb ola bilər. Belə hallarda bir əməliyyat digəri ilə əvəzlənir və pasiyent heç vaxt nəticədən tam razı qalmır.

Azərbaycanda da oxşar proseslər müşahidə olunur. 2024-cü ildə ölkədə minlərlə estetik əməliyyat icra edilib və onların təxminən 70 faizi burun əməliyyatlarının payına düşür. Bu göstərici bir tərəfdən cəmiyyətin estetikaya marağını göstərirsə, digər tərəfdən də eyni tip müdaxilələrin nə qədər geniş yayıldığını ortaya qoyur. Son illər qeyri-peşəkar müdaxilələr, saxta diplomlu həkimlər və ağır nəticələrlə bağlı xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu səbəbdən nəzarət mexanizmləri sərtləşdirilib, plastik cərrahların fəaliyyəti ilə bağlı rəsmi siyahılar və yoxlamalar gündəmə gəlib.

Bütün bunlara baxmayaraq düzgün seçilmiş və peşəkar şəkildə icra olunmuş, qədərində edilmiş müdaxilə insanların illərlə yaşadığı kompleksdən azad olmasına, sosial və psixoloji rahatlıq qazanmasına kömək edə bilər. Rekonstruktiv cərrahiyyə, travma və ya sağlamlıqla bağlı problemlərin həlli estetik cərrahiyyənin danılmaz müsbət tərəfləridir. Burada əsas məsələ ölçünün qorunması və real gözləntilərin olmasıdır.

Mütəxəssislərin fikrincə, estetik əməliyyatlar tam olaraq gündəmdən çıxmayacaq, lakin onların mahiyyəti dəyişəcək. Gələcəkdə daha az invaziv, daha təbii nəticə verən və fərdi xüsusiyyətləri qoruyan yanaşmalar üstünlük təşkil edəcək. Cəmiyyət artıq nümayişkaranə dəyişikliklərdən çox, təbii və yaxud təbiiliyin qorunduğu görünüşə dəyər verir. Estetik əməliyyatlar mövzusu təkcə gözəllik yox, həm də psixoloji sağlamlıq məsələsidir. Bu qərar verilərkən trendlərə deyil, müdaxiləyə olan ehtiyaca, sağlamlığa və daxili rahatlıa əsaslanılmalıdır.

The Daily Baku redaksiyası

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/tebii-gorunus-geri-qayidir-cemiyyeti-yoran-estetik-emeliyyatlar-gundemden-cixmaga-baslayir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub