SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Türk dünyasında təhlükəsizlik əməkdaşlığı: yeni blok yox, strateji məntiqin davamı
Gündəm

Türk dünyasında təhlükəsizlik əməkdaşlığı: yeni blok yox, strateji məntiqin davamı

9 yanvar 2026
14:48
Türk dünyasında təhlükəsizlik əməkdaşlığı: yeni blok yox, strateji məntiqin davamı
Türk Dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi son dövrlər beynəlxalq gündəmdə daha fəal müzakirə olunur. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair səsləndirdiyi fikirlər, yeni bir hərbi blokun formalaşdırılması çağırışı kimi deyil, mövcud çoxşaxəli inteqrasiya modelinin təhlükəsizlik ölçüsü ilə tamamlanması kimi dəyərləndirilməlidir.

Bu barədə "The Daily Baku" -ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, Dr. Rəsul Yalçın bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin yanaşması klassik mənada bağlayıcı öhdəliklərə əsaslanan hərbi ittifaq ideyasını əks etdirmir. "Söhbət artıq formalaşmış siyasi, iqtisadi, nəqliyyat və enerji əməkdaşlığının təhlükəsizlik sahəsində daha koordinasiyalı və rasional şəkildə tamamlanmasından gedir. Müasir beynəlxalq sistemdə təhlükəsizlik anlayışı təkcə hərbi təhdidlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin qorunması, kritik infrastrukturun təhlükəsizliyi, kibertəhdidlər və hibrid risklər bu anlayışın ayrılmaz hissəsinə çevrilib. Orta Asiyadan Xəzər hövzəsinə, oradan isə Anadoluya uzanan geniş coğrafiyada Türk Dövlətlərini birləşdirən enerji xətləri, dəmir yolları, limanlar və ticarət marşrutları artıq ortaq təhlükəsizlik gündəmini qaçılmaz edir."

Rəsul Yalçın vurğulayıb ki, Prezident İlham Əliyevin təhlükəsizlik əməkdaşlığına dair fikirləri situativ və emosional deyil, struktur xarakterli yanaşmanın ifadəsidir." "Qlobal miqyasda artan geosiyasi rəqabət, böyük güclər arasında gərginlik və regional qeyri-sabitlik fonunda Türk dünyasının yerləşdiyi Avrasiya məkanı strateji baxımdan daha həssas hala gəlib. Bu isə dövlətlərin təhlükəsizlik məsələlərinə daha koordinasiyalı yanaşmasını zəruri edir."

Ekspert qeyd edib ki, hazırkı mərhələdə Türk Dövlətləri arasında NATO tipli vahid təhlükəsizlik çətirinin formalaşmasından söhbət getmir. Əksinə, söhbət çevik və funksional əməkdaşlıq mexanizmlərindən gedir. Bu mexanizmlər çərçivəsində hərbi təlimlərin təşkili, müdafiə sənayesində birgə layihələr, terrorizmə və radikallaşmaya qarşı koordinasiya, eləcə də böhran dövrlərində siyasi və hərbi məsləhətləşmələrin gücləndirilməsi ön plana çıxır.

Rəsul Yalçının sözlərinə görə, təhlükəsizlik sahəsində bu cür koordinasiya regionda gərginliyi artırmır, əksinə, proqnozlaşdırıla bilənlik və qarşılıqlı etimadı gücləndirir. Bu yanaşma yanlış hesablamaların və qəfil böhranların qarşısını almağa kömək edir, eyni zamanda sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiya və transmilli cinayətkarlıq kimi problemlərin regiondaxili imkanlarla həllinə şərait yaradır.

Ekspert hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təhlükəsizlik əməkdaşlığı modeli Türk dünyasının beynəlxalq sistemdə mövqeyini də gücləndirə bilər. Bu model nə Qərbə, nə Rusiyaya, nə də Çinə qarşı yönəlmiş bloklaşma deyil. Əksinə, balanslı və çoxvektorlu siyasəti möhkəmləndirən, heç bir güc mərkəzindən tam asılı olmayan strateji duruşun formalaşmasına xidmət edir.

"Prezident İlham Əliyevin təhlükəsizlik sahəsində əməkdaşlığa dair baxışı yeni hərbi ittifaq yaratmaq cəhdi deyil, Türk dünyasında artıq mövcud olan iqtisadi və geosiyasi inteqrasiyanın məntiqi davamıdır. Bu yanaşma regional sabitliyə təhdid yaratmır, əksinə, Türk Dövlətlərinin həm qarşılıqlı etimadını, həm də qlobal siyasətdə manevr imkanlarını genişləndirən rasional və uzaqgörən bir xətti ifadə edir."

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/turk-dunyasinda-tehlukesizlik-emekdasligi-yeni-blok-yox-strateji-mentiqin-davami
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub