SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Valideynlər diqqətli olsun: Hazırda uşaqlar arasında ən çox yayılan virus təhlükəlidirmi?- həkimdən açıqlama
Cəmiyyət

Valideynlər diqqətli olsun: Hazırda uşaqlar arasında ən çox yayılan virus təhlükəlidirmi?- həkimdən açıqlama

29 yanvar 2026
16:00
Valideynlər diqqətli olsun: Hazırda uşaqlar arasında ən çox yayılan virus təhlükəlidirmi?- həkimdən açıqlama

Payız–qış mövsümünün başlaması və havaların soyuması ilə əlaqədar olaraq kəskin respirator virus infeksiyalarının və yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin artması müşahidə olunur.

Bu barədə "The Daily Baku" - ya açıqlamasında Respublika Pediatriya Mərkəzinin direktoru, həkim-pediatr Azər Əhmədov bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət tamamilə mövsümi xarakter daşıyır və cəmiyyətdə narahatlıq yaradacaq yeni və ya naməlum virusla əlaqəli deyil.

“Hazırda əhali arasında yayılan xəstəlik əsasən hər il rastlaşdığımız İnfluensa (qrip) virusudur. İnfluensa virusunun A, B və C olmaqla üç tipi mövcuddur. Mərkəzimizə müraciət edən xəstələrin klinik göstəricilərinə əsasən qeyd edə bilərəm ki, hazırda daha çox İnfluensa A tipi üstünlük təşkil edir”, – deyə pediatr vurğulayıb.

Həkim qeyd edib ki, xəstələr əsasən yüksək hərarət, boğaz ağrısı, öskürək, burun axması, ümumi halsızlıq, əzələ və oynaq ağrıları kimi şikayətlərlə müraciət edirlər.

Onun sözlərinə görə, əksər hallarda xəstəlik yüngül və orta ağırlıqda keçir və ambulator şəraitdə müalicə olunur.

Azər Əhmədov bəzi hallarda ağırlaşmaların mümkün olduğunu da diqqətə çatdırıb: “Nadir hallarda, xüsusilə risk qrupuna daxil olan şəxslərdə xəstəlik pnevmoniya – yəni ağciyər iltihabı kimi ağırlaşmalara səbəb ola bilər. Belə vəziyyətlərdə xəstəxanaya yerləşdirmə və stasionar müalicə zərurəti yaranır. Qeyd etmək istərdim ki, mərkəzimizdə bu xəstəliklərin vaxtında və dəqiq diaqnostikası üçün bütün müasir tibbi imkanlar mövcuddur və pasiyentlər müasir metodlarla tam müalicə alırlar”.

Pediatr virusun əsas yoluxma yolunun hava-damcı yolu olduğunu xatırladaraq fərdi qorunma tədbirlərinə ciddi əməl olunmasının vacibliyini vurğulayıb: “Xəstə insanlarla yaxın təmasdan qaçınmaq, əlləri tez-tez sabunla yumaq, düzgün qidalanmaq və bol maye qəbul etmək xəstəliyin yayılma riskini əhəmiyyətli dərəcədə azaldır və immun sisteminin güclənməsinə kömək edir”.

Həkim xüsusilə körpələrlə bağlı valideynləri diqqətli olmağa çağırıb: “Xüsusilə vurğulamaq istərdim ki, 3 aya qədər olan körpələrdə yüksək hərarət, boğulma tipli öskürək və ya tənəffüs çətinliyi müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət olunmalıdır. Erkən tibbi müdaxilə ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır”.

Azər Əhmədov son dövrlər müzakirə olunan Nipah virusu ilə bağlı məsələyə də aydınlıq gətirib: “Hazırda ölkəmizdə Nipah virusuna yoluxma halı qeydə alınmayıb. Azərbaycan coğrafi baxımdan bu virus üçün risk zonasında yerləşmir və mövcud epidemioloji vəziyyətə əsasən hər hansı təhlükə gözlənilmir”.

Pediatrın sözlərinə görə, mövsümi infeksiyalar fonunda əsas məqsəd profilaktik tədbirlərə riayət etmək və simptomlar ağırlaşdığı halda gecikmədən tibbi yardıma müraciət etməkdir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/valideynler-diqqetli-olsun-hazirda-usaqlar-arasinda-en-cox-yayilan-virus-tehlukelidirmi-hekimden-aciqlama
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub