SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Dünya
  3. Venesuelaya hücum Çin və Rusiyanı cəsarətləndirə bilər - Emili Tornberi xəbərdarlıq edir
Dünya

Venesuelaya hücum Çin və Rusiyanı cəsarətləndirə bilər - Emili Tornberi xəbərdarlıq edir

5 yanvar 2026
15:52
Venesuelaya hücum Çin və Rusiyanı cəsarətləndirə bilər - Emili Tornberi xəbərdarlıq edir
Leyborist Partiyasından olan yüksək vəzifəli deputat ABŞ-ın müdaxiləsinin pislənməməsinin beynəlxalq hüquqa zərbə vurduğunu bildirir

Qərb ölkələrinin ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini açıq şəkildə pisləməməsi Çin və Rusiyanı digər ölkələrə qarşı oxşar addımlar atmağa təşviq edə bilər. Bu barədə Böyük Britaniya Leyborist Partiyasından olan yüksək vəzifəli deputat xəbərdarlıq edib.

“The Daily Baku” xəbər verir ki, İcmalar Palatasının Xarici İşlər Komitəsinin sədri Emili Tornberi bildirib ki, Donald Trampın Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdıraraq ABŞ-a aparması ilə bağlı addımına qarşı vahid və qəti mövqe nümayiş etdirilməsə, beynəlxalq hüququn əsas normaları sarsıla bilər.

Baş nazir Kir Starmer və onun kabinet üzvləri əməliyyatı açıq şəkildə pisləməyiblər. Bazar ertəsi çıxış edən daxili işlər naziri Mayk Tapp bildirib ki, görülən tədbirlərin hüquqi əsasını izah etmək ABŞ-ın üzərinə düşür və hazırkı mərhələdə Böyük Britaniyanın yekun mövqe bildirməsi mümkün deyil.

Tornberi həmçinin ABŞ-ın şənbə günü Maduronun ələ keçirilməsindən və onun Nyu-Yorka aparılmasından sonra baş verə biləcək hadisələr üçün yetərli planının olmamasından narahatlığını ifadə edib.

O, Times Radioya müsahibəsində deyib:
“Əsas problem ondadır ki, bu addımın hüquqi əsası yoxdur və bu, Çin və Rusiya kimi ölkələr üçün son dərəcə təhlükəli presedent yaradır. Onlar da düşünə bilərlər: ‘Bizim də təsir dairələrimiz var, niyə biz də öz bölgəmizdə — məsələn, Ukraynada və ya Tayvan məsələsində — belə hərəkət etməyək?’”

O əlavə edib:
“Amerika bunu edib və demək olar ki, heç bir nəticə ilə üzləşməyib, ən azı Qərb hökumətləri tərəfindən ciddi tənqid olunmayıbsa, digər ölkələrə bunun mümkün olmadığını demək çox çətinləşir.”

Tornberrinin sözlərinə görə, müttəfiqlərin açıq qınağı, hətta əlavə cəza tədbirləri olmadan belə, ölkələri bir daha düşünməyə vadar edir.
“Beynəlxalq hüququn gücü ondan ibarətdir ki, dövlətlər ümumiyyətlə müəyyən davranış normalarını qəbul edirlər və bu normalar pozulduqda beynəlxalq qınaq yaranır,” — deyə o bildirib.

“Bu, bəlkə də böyük bir tədbir kimi səslənmir, lakin hökumətlər iddia etdiklərinin əksinə olaraq buna çox əhəmiyyət verirlər. Məhz bu cür normalar beynəlxalq sistemi ayaqda saxlayır.”

Onun fikrincə, açıq pisləmə olmadıqda, “beynəlxalq hüquq tədricən dəyişir” və əvvəllər qəbuledilməz sayılan addımlar zamanla normal hala gəlir.

Daha əvvəl bazar ertəsi Sky News kanalına danışan Tapp bildirib ki, hökumətin mövqeyi ilə bağlı əlavə məlumatlar xarici işlər naziri İvett Kuperin həmin gün İcmalar Palatasında edəcəyi çıxışda açıqlana bilər.

“Bu mərhələdə biz həmin şəxsin [Maduro] artıq hakimiyyətdə olmamasından narazı deyilik,” — deyə Tapp bildirib. — “Biz beynəlxalq qaydalara əsaslanan sistemi tam şəkildə dəstəkləyirik, lakin sosial media və şərhçilərin təzyiqi ilə tələsik reaksiya vermək niyyətində deyilik. Bu, diplomatiya və müttəfiqlərimiz, o cümlədən ABŞ-la dialoq məsələsidir.”

Müsahibəsində Tornberi Starmeri birbaşa tənqid etməyib və ABŞ-la münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
“Bunun çətin olmadığını iddia etmirəm,” - deyə o bildirib. - “ABŞ çox önəmli müttəfiqdir və biz Ukraynanın maraqlarını da nəzərə almalıyıq. Amma beynəlxalq hüququ dəstəkləmək real məna kəsb etməlidir.”

Bununla belə, o qeyd edib ki, Böyük Britaniya baş verənlərin beynəlxalq hüququn pozulması olduğunu daha aydın şəkildə ifadə etməlidir.
“Başqa ölkələrin liderlərini zorla aparıb öz məhkəmələrində mühakimə etmək olmaz,” — deyə Tornberi bildirib. — “Bu, sonda anarxiyaya aparır.”

Bu arada Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok ITV-nin Good Morning Britain proqramında çıxış edərək ABŞ-ın addımlarını nə pislədiyini, nə də dəstəklədiyini bildirib.

“Prezident Trampın etdikləri şübhəsiz ki, qeyri-ənənəvidir,” — deyə o qeyd edib. — “Mən bunu pisləmirəm, çünki Maduronun hakimiyyətdə qalmasını istəmirəm, amma tərifləmirəm də, çünki bu, yaşadığımız dünya ilə bağlı çox ciddi suallar doğurur.”

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/venesuelaya-hucum-cin-ve-rusiyani-cesaretlendire-biler-emili-tornberi-xeberdarliq-edir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub