SON XƏBƏRLƏR
Bahçeli Ermənistanın konstruktiv mövqe tutmasının vacibliyini vurğulayıb|Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb|ABŞ ilə İran arasında anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar|Azərbaycan tərəfi ABŞ və İran arasında diplomatik razılaşmanı alqışlayıb|Slovakiya Azərbaycana rəsmi təbrik göndərib|Rusiya gecə ərzində Ukraynaya genişmiqyaslı zərbələr endirib|Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib|İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək|İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı|Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib| Bahçeli Ermənistanın konstruktiv mövqe tutmasının vacibliyini vurğulayıb|Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb|ABŞ ilə İran arasında anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar|Azərbaycan tərəfi ABŞ və İran arasında diplomatik razılaşmanı alqışlayıb|Slovakiya Azərbaycana rəsmi təbrik göndərib|Rusiya gecə ərzində Ukraynaya genişmiqyaslı zərbələr endirib|Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib|İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək|İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı|Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib| Bahçeli Ermənistanın konstruktiv mövqe tutmasının vacibliyini vurğulayıb|Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb|ABŞ ilə İran arasında anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar|Azərbaycan tərəfi ABŞ və İran arasında diplomatik razılaşmanı alqışlayıb|Slovakiya Azərbaycana rəsmi təbrik göndərib|Rusiya gecə ərzində Ukraynaya genişmiqyaslı zərbələr endirib|Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib|İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək|İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı|Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib| Bahçeli Ermənistanın konstruktiv mövqe tutmasının vacibliyini vurğulayıb|Koşta: Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb|ABŞ ilə İran arasında anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar|Azərbaycan tərəfi ABŞ və İran arasında diplomatik razılaşmanı alqışlayıb|Slovakiya Azərbaycana rəsmi təbrik göndərib|Rusiya gecə ərzində Ukraynaya genişmiqyaslı zərbələr endirib|Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib|İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək|İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı|Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib|
Çərşənbə axşamı, 16 İyun 2026
The Daily Baku
The Daily Baku
Çərşənbə axşamı, 16 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Dünya
  3. Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub
Dünya

Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub

20 aprel 2026
15:56
Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub

Bölgədə vəziyyətin gərginləşməsi nəticəsində Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, tamamilə dayandırılıb.

"The Daily Baku" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu "SynMax" və "Kpler" şirkətlərinin monitorinq və təhlil məlumatları göstərir.

Qeyd olunub ki, son 12 saat ərzində boğazdan yalnız üç keçid qeydə alınıb.

Böyük Britaniyanın sanksiyaları altında olan neft məhsulları daşıyan "Nero" tankeri Fars körfəzini tərk edib və hazırda boğazdan keçir. Daha iki gəmi - kimyəvi tanker və mayeləşdirilmiş neft qazı (LPG) tankeri - ayrı-ayrılıqda bu marşrut vasitəsilə Fars körfəzinə daxil olub.

Xatırladaq ki, aprelin 19-u gecə saatlarında ABŞ-nin idarə olunan raketli "USS Spruance" esminesi Oman körfəzində İran bayrağı altında üzən "TOUSKA" yük gəmisini ələ keçirib. Buna cavab olaraq, İran KİV-i ölkənin Silahlı Qüvvələrinin ABŞ hərbi gəmilərinə dronlarla hücum etdiyini bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/fars-korfezindeki-gerginlik-hormuzde-gemiciliyin-dayanmasina-sebeb-olub
Paylaş:

Xəbər lenti

  •     Tramp Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə çağırıb
    Tramp Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə çağırıb
  •     Azərbaycan və Ukrayna dəniz sənayesi üzrə əməkdaşlığı genişləndirməyi müzakirə edib
    Azərbaycan və Ukrayna dəniz sənayesi üzrə əməkdaşlığı genişləndirməyi müzakirə edib
  •     Fon der Lyayen Yaxın Şərqdə gərginliyin azaldılmasında dialoqun rolunu vurğulayıb
    Fon der Lyayen Yaxın Şərqdə gərginliyin azaldılmasında dialoqun rolunu vurğulayıb
  •     ABŞ Prezidenti İranla diplomatik təmasların perspektivlərinə nikbin yanaşıb
    ABŞ Prezidenti İranla diplomatik təmasların perspektivlərinə nikbin yanaşıb
  •     Böyük Britaniya Ukraynanın enerji təhlükəsizliyinə əlavə maliyyə dəstəyi verəcək
    Böyük Britaniya Ukraynanın enerji təhlükəsizliyinə əlavə maliyyə dəstəyi verəcək